Главная > Manset > Xalq artisti Röyadan duyğulandıran addım

Xalq artisti Röyadan duyğulandıran addım


18-12-2019, 11:31. Разместил: azadses
Müğənni Qazaxdakı 77 yaşlı şəhid anasının evinin təmirini üzərinə götürdü
Xalq artisti Röya Ayxan bir müddətdir sosial şəbəkələrdə gündəm olan Qazax sakini 77 yaşlı Əsmər Cəfərovanın evində olub. Sənətçi komandası ilə birgə Qazaxın Quşçu Ayrım kəndinə gedib. R. Ayxan mətbuata yaydığı açıqlamada evin təmirini öz üzərinə götürdüyünü qeyd edib: “Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratlarım böyük və gözəldir.  Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri Qarabağ döyüşçüsü. Bizə düşən odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm. 
Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışlarını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.




Вернуться назад