Главная > Manset > Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu

Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu


15-12-2019, 14:08. Разместил: azadses
Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.
Azadsəs “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, bu barədə polkovnikin yaxınları bildirib.
Onların sözlərinə görə, yaşadığı Beylaqan rayonuna qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin xuliqanlıq (221.3) maddəsi ilə  həbs edilib.Qeyd edək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb. O, bu əməliyyat zamanı ağır yaralanıb.
6 ay əvvəl Silahlı Qüvvələrdən tərxis olunub.
Вернуться назад