Главная > Manset > DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı AÇIQLAMA
DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı AÇIQLAMA17-09-2020, 14:22. Разместил: azadses |
Dünən İlkin Muradov adlı şəxs “Facebook” sosial şəbəkəsindəki səhifəsində yaşadığı Füzuli rayonunun Qayıdış qəsəbəsindən canlı yayım açaraq, idarə etdiyi avtomobilin əsassız olaraq polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirildiyini, özünün isə rayon Polis Şöbəsinə aparıldığını bildirib. ''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu baş vermiş hadisəyə aydınlıq gətirib. “İlkin Muradov anası Gülfüyyə Əliyeva ilə birlikdə yaşayır. Dəfələrlə anası DİN-in “102 – Zəng Mərkəzi”nə və Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək, oğlu tərəfindən döyüldüyünü bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı İlkinin psixi durumunun yerində olmadığı, əsəb gərginliyindən əziyyət çəkdiyi açıq-aşkar hiss olunub. Ona görə də 2019-cu ilin fevral ayının 25-dən ailə münaqişəli ailə kimi qeydiyyata götürülərək profilaktiki tədbirlər aparılıb. Lakin bütün bunlardan nəticə çıxarmayan İlkin anasını döyməkdə davam edib. Məhz anasının şikayəti əsasında o, bu il yanvarın 13-də məhkəmənin qərarı ilə 20 gün, mayın 5-də isə 30 gün inzibati qaydada həbs olunub. Sentyabrın 14-də İlkin Muradovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilib. İki gündən sonra anası Gülfüyyə Əliyeva yenidən “102 – Zəng Mərkəzi”nə müraciət edərək oğlu İlkin tərəfindən döyüldüyü bildirib. Onların hər ikisi RPŞ-yə dəvət olunub. Lakin sonradan ana oğlunun bağışlanması üçün ərizə yazıb. Odur ki, belə psixi pozğunluğu olan, doğmaca anasını döyən birisinin nə danışığına, nə də iddialarına inanmaq, dediklərini ciddiyə almaq sadəlövhlük olardı”, – Mətbuat Xidmətindən bildirib. Вернуться назад |