Главная > Manset > "Neftçi-2"yə yeni məşqçi təyin edilib

"Neftçi-2"yə yeni məşqçi təyin edilib


13-09-2020, 15:55. Разместил: azadses
"Neftçi-2”nin məşqçilər korpusuna yeni təyinat olub.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.
Qeyd edək ki, Poladov "Xəzər” (Sumqayıt), "Kimyaçı” (Sumqayıt), OİK (Bakı), "Şəfa” (Bakı), "Dinamo” (Bakı), "Bakı”, "Turan” (Tovuz), "Şəmkir”, "Olimpik” (Bakı), "Kəpəz” (Gəncə), "İnter” (Bakı) klublarında oynayıb. "Bakı” və "İnter”lə Azərbaycan çempionu, "Şəfa” və "Bakı” ilə ölkə kubokunun qalibi olub.
O, 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. "Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb. //Report



Вернуться назад