Главная > Manset > Qaxda minik avtomobili yük maşını ilə toqquşdu - FOTO

Qaxda minik avtomobili yük maşını ilə toqquşdu - FOTO


6-09-2020, 11:59. Разместил: azadses
Qaxda minik avtomobili yük maşını ilə toqquşub.
"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin giriş hissəsində baş verib. 
Belə ki, Agdaş rayon sakini 1987-ci il təvəllüdlü Şirinov Elvin Oqtay oğlunun idarə etdiyi "Ova" markalı ağır tonnajlı yük avtomobili ilə Qax rayon Qaratala kənd sakini 1991-ci il təvəllüdlü Qurban Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan  bir qadın müxtəlif bədən xəsarətləriylə Qax rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla baglı araşdırma aparılır.


Вернуться назад