Главная > Manset > Prezident Təhsil Nazirliyi ilə bağlı fərman imzaladı

Prezident Təhsil Nazirliyi ilə bağlı fərman imzaladı


4-09-2020, 15:07. Разместил: azadses
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Qazet.az-ın məlumatına görə, fərmanda bildirilir ki, Nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 
Eyni zamanda, dəyişikliyə görə, Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir. Dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.

Вернуться назад