Главная > Manset > Azərbaycanda iki vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda iki vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi3-09-2020, 14:39. Разместил: azadses |
Bu barədə Bərdə rayon prokurorluğu məlumat verib. Bildirilib ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlunun və həmin kollecin əyani şöbəsinin müdiri vəzifəsində işləmiş Dursunov İlqar Tahir oğlunun 2019-2020-ci tədris ilində kollecdə təhsil alan 90 tələbədən imtahanlarda müsbət qiymətlərin yazılması və dərslərdə iştirak etmədən semestr imtahanlarına buraxılması müqabilində 2019-cu ilin dekabr ayının ortalarından 2020-ci ilin yanvar ayının sonunadək olan müddətdə kollecin inzibati binasında ümumilikdə 12 min 100 manat almalarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan sübutlar əsasında X.Ələkbərov və İ.Dursunov barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib. 21 avqust 2020-ci il tarixdə isə onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 31 avqust 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Oxu.az Вернуться назад |