Главная > Manset > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ

Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ


29-08-2020, 16:24. Разместил: azadses
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Вернуться назад