Главная > Manset / İqtisadiyyat > Azərbaycanın Türkiyədən dəri idxalına çəkdiyi xərci 27 %-dən çox azalıb
Azərbaycanın Türkiyədən dəri idxalına çəkdiyi xərci 27 %-dən çox azalıb6-06-2025, 14:00. Разместил: azadses |
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 5,799 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. “Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 % azdır. Təkcə mayda Türkiyə Azərbaycana 0,823 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 60 % azdır. 5 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % azalaraq 627,319 milyon ABŞ dollarına, may ayında isə 8 % azalaraq 124,839 milyon ABŞ dollarına düşüb. Вернуться назад |