Главная > Manset / İqtisadiyyat > AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə gəlir əldə edib
AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə gəlir əldə edib5-06-2025, 15:43. Разместил: azadses |
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə - 491,6 milyon ABŞ dolları gəlir əldə edib. Bu barədə "Report"a qurumdan bildirilib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 5,4 % çoxdur. Artım xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları ilə bağlıdır. Bununla belə, ötən il AMB-nin investisiya portfelinin gəlirliliyi əvvəlki ilə nisbətən 0,23 faiz bəndi azalaraq 4,5 %-ə düşüb. Вернуться назад |