Главная > Manset / Siyasət > Nil Uolş: “GlobE Network”də korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilməlidir

Nil Uolş: “GlobE Network”də korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilməlidir


Dünən, 10:30. Разместил: azadses
Bakıda keçirilən “GlobE Network” görüşü çərçivəsində korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərin geniş spektrini nəzərdən keçirmək vacibdir.

“Report” xəbər verir ki, bunu “GlobE Network”ün icraçı katibi və UNODC-nin Hüquq-mühafizə orqanları və strateji şəbəkələr departamentinin rəhbəri Nil Uolş Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar sessiyasının iştirakçılarına videomüraciətində bildirib.

Uolş müzakirələrdə şəxsən iştirak edə bilmədiyinə görə təəssüfünü bildirib və Bakıda təşkil olunan “GlobE Network” tədbirlərinin nəticəyönümlü olacağına əminliyini ifadə edib.

"Korrupsiya cinayətlərinin araşdırılmasında (sübutların toplanması, kəşfiyyat məlumatlarından istifadə) səmərəliliyin artırılması tədbirlərinə diqqəti cəmləşdirmək vacibdir. Bütün bunlar səylərimizi pozmağa çalışanlara qarşı mübarizə aparmaq üçün vacibdir", - o qeyd edib.


Вернуться назад