Главная > Manset / Dünya > ABŞ-də fəallar Trampın ad günündə mitinqlər keçirməyi planlaşdırırlar
ABŞ-də fəallar Trampın ad günündə mitinqlər keçirməyi planlaşdırırlarDünən, 09:42. Разместил: azadses |
İyunun 14-də ABŞ-də Prezident Donald Trampın həyata keçirdiyi siyasətə qarşı etiraz aksiyalarının keçirilməsi planlaşdırılıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “ABC7” telekanalı məlumat yayıb. Bildirilib ki, həmin tarixdə Ağ Ev lideri 79 yaşını qeyd edəcək. Etirazların təşkilatçıları Trampın istefasını tələb edən “Refuse Fascism” təşkilatının fəallarıdır. “No Kings Day” adlı tədbir ABŞ Ordusunun 250 illiyi münasibətilə Vaşinqtonda keçiriləcək hərbi paradla eyni gündə baş tutmalıdır. Təşkilatçılar insanları əhalinin diqqətini təntənəli mərasimlərdən yayındırmaq məqsədilə mitinqlərə qatılmağa çağırırlar. Hərəkatın nümayəndələri hesab edirlər ki, Tramp "qanunun aliliyini sarsıdır" və onun administrasiyasının miqrantların kütləvi deportasiyası siyasətinə qarşı çıxırlar. Mayın 2-də Ağ Ev yanında Daxili Siyasət Şurasının rəhbəri Vins Heyli iyunun 14-də genişmiqyaslı hərbi paradın keçirilməsinin planlaşdırıldığını rəsmi olaraq təsdiqləyib. O, parad tarixinin prezidentin ad günü və 1775-ci ildə İstiqlaliyyət uğrunda müharibənin ilk vətənpərvərlərinin həlak olmasının ildönümü ilə üst-üstə düşdüyünü xatırladıb. Paradın təşkilinə 25-45 milyon dollar xərc çəkiləcək. Вернуться назад |