Главная > Manset / Dünya > Tramp İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqlarında böyük irəliləyişin olduğunu açıqlayıb
Tramp İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqlarında böyük irəliləyişin olduğunu açıqlayıb11-05-2025, 08:00. Разместил: azadses |
Vaşinqton və Pekin arasında ticarət məsələlərinə həsr olunmuş danışıqlar İsveçrədə konstruktiv şəkildə keçirilib, böyük irəliləyiş əldə olunub. “Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “Bu gün (mayın 10-da – red.) İsveçrədə Çinlə çox yaxşı görüş keçirildi. Bir çox məsələlər müzakirə olundu, bir çox məsələlər barədə razılığa gəlindi”, – o bildirib. “Yenidən başlama dostcasına, lakin konstruktiv şəkildə müzakirə olundu. Biz istəyirik ki, həm Çinin, həm də ABŞ-nin xeyrinə olaraq Çin amerikan biznesi üçün açılsın. Böyük irəliləyiş əldə olunub”, – Tramp qeyd edib. Xatırladaq ki, ÇXR Dövlət Şurasının Baş nazir müavini He Lifen və ABŞ-nin maliyyə naziri Skott Bessent qarşılıqlı gömrük rüsumlarının tətbiqi fonunda gərginliyin tənzimlənməsi üzrə Cenevrədə iki raund danışıqlar keçiriblər. Вернуться назад |