Главная > Manset / Hadisə > Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı apreldə 29 % artıb

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı apreldə 29 % artıb


Bu gün, 17:19. Разместил: azadses
Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 371 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Kibertəhdidlərin 146-sı daxili araşdırma, 225-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə apreldə isə 81 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 29 % çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 180,505 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 5 milyon 213 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 55 min 296 zərərverici tərkibli elektron sənəd blok edilib.


Вернуться назад