Главная > Manset / İdman > 152 kiloqramlıq pəhləvan Makqreqoru döyüşə çağırdı
152 kiloqramlıq pəhləvan Makqreqoru döyüşə çağırdıBu gün, 14:55. Разместил: azadses |
37 yaşlı titullu pəhləvan Eddi Holl MMA qaydaları üzrə debüt döyüşündə polşalı Mariuş Pudzianovski üzərində qazandığı qələbədən ilhamlanıb. Oxu.Az "MMA Fighting"ə istinadən xəbər verir ki, 152 kiloqram çəkiyə malik ingilis pəhləvan UFC ulduzu Konor Makqreqora qarşı döyüşmək istədiyini açıqlayıb. "Yumruq döyüşlərində çıxış etmək barədə ciddi düşünürəm. Məbləğ yaxşı olmalıdır, bu variantı nəzərdən keçirəcəyəm. Yumruq döyüşlərini xoşlayıram. Onlar möhtəşəm və həyəcanlıdır. Sadəcə bu döyüşlərə baxmağı xoşlayıram, amma bəli, pul yaxşıdırsa, niyə də döyüşməyim? Konor Makqreqorla döyüşmək istərdim. Düşünürəm ki, bu, çəki dərəcələrindəki fərq əbəs yerə deyil. Konor üçün təhlükəli döyüş olardı", - Holl bildirib. Вернуться назад |