Главная > Manset / Dünya > Kanada Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir
Kanada Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədirDünən, 08:00. Разместил: azadses |
Kanada Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir. "Report"un məlumatına görə, bunu Kanadanın Baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. "Biz etibarlı qlobal tərəfdaşlarımızla təhlükəsizliyi gücləndiririk, o cümlədən transatlantik təhlükəsizliyi gücləndirmək üçün Kanadanın Avropa yeni silahlanma planında iştirakını inkişaf etdiririk", - Baş nazir bildirib. Hökumət başçısı əlavə edib ki, bu planın bir hissəsinə Ukraynaya hərbi yardımın davam etdirilməsi də daxildir. Bu məqsədlərə nail olmaq üçün Ottava yerli istehsalın, o cümlədən müdafiə sektorunun inkişafına təkan verəcək. Вернуться назад |