Главная > Manset / Dünya > Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi3-04-2025, 15:56. Разместил: azadses |
ABŞ milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib. Oxu.Az Gazete.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. "Bu təhlükənin mənbəyi ABŞ-dən kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bununla təhlükəyə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm", - Tramp bildirib. Trampın sözlərinə görə, ABŞ-nin digər ölkələrlə ticarət əlaqələrində "qarşılıqlılıq" yoxdur. "Bundan əlavə, bu münasibətlər "xüsusilə son illərdə son dərəcə balanssızlaşıb", - deyə Ağ Evin rəhbəri əlavə edib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bir sıra ölkələrə tətbiq etdiyi rüsumların həcmini açıqlayıb. Вернуться назад |