Главная > Manset / Siyasət > Azərbaycan səfiri ITF direktoru ilə mina problemini müzakirə edib

Azərbaycan səfiri ITF direktoru ilə mina problemini müzakirə edib


18-03-2025, 10:30. Разместил: azadses
Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli İnsan Təhlükəsizliyinin Artırılması Təşkilatının (ITF) direktoru Tomaj Lovrençiç ilə mina problemini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə diplomat “X”dəki səhifəsində yazıb.

“Mənim ITF direktoru Tomaj Lovrençiç ilə yaxşı görüşüm baş tutdu. Biz Azərbaycanın üzləşdiyi mina problemini, eləcə də təşkilatın ANAMA (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi) ilə gələcək dəstəyini və əməkdaşlığını müzakirə etdik”, - R.Sadıqbəyli qeyd edib.

Səfir minatəmizləmənin Azərbaycan üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.


Вернуться назад