Главная > Manset / Dünya > Yaponiya, Aİ və Cənub-Şərqi Asiya ölkələri boz zonadakı hadisələrə reaksiyanı təcrübədən keçirəcək

Yaponiya, Aİ və Cənub-Şərqi Asiya ölkələri boz zonadakı hadisələrə reaksiyanı təcrübədən keçirəcək


17-03-2025, 14:55. Разместил: azadses
Yaponiya, Avropa İttifaqı (Aİ) və beş Cənub-Şərqi Asiya ölkəsi, o cümlədən Vyetnam, Tailand və Filippin martın sonlarında insidentlərin təhlükə yarada biləcəyi, lakin dərhal silahlı hücumlar sayılmayan boz zonada insidentlərə cavab vermək üçün təlimlər keçirəcək.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

İki günlük təlim martın 25-də Banqkokda başlayacaq və iştirakçı ölkələrin milli sahil mühafizə xidmətlərinin şəxsi heyətini cəlb edəcək.

Telekanal boz zonada baş verən insidentlərə misal olaraq Tokionun ərazi suları hesab etdiyi Senkaku adaları (Diaoydau) yaxınlığındakı əraziyə Çinin dəniz polisi qayıqlarının daxil olması, eləcə də Avropada sualtı kabellərin zədələnməsi hallarını göstərir.

Təlim iştirakçıları ərazi sularına müdaxilələrə hərbi tədbirlərdən deyil, sahil mühafizə qüvvələrinin köməyi ilə reaksiya verilməsi təcrübəsini öyrənəcək, həmçinin sualtı kabellərin zədələnməsi halında beynəlxalq hüququn tətbiqi təcrübəsini nəzərdən keçirəcəklər.

Yaponiya və Aİ ilk dəfədir, belə təlimlərdə birgə iştirak edir. NHK qeyd edib ki, Brüssel dəniz fəaliyyətini artıran Çini cilovlamaq üçün Tokio ilə işləmək niyyətindədir. Avropalı mənbənin telekanala verdiyi məlumata görə, Aİ Pekinin dənizdəki hərəkətlərindən narahatdır və buna görə də “ortaq dəyərləri paylaşan” dövlətlərlə birlikdə “qanunun aliliyini dəstəkləməyi” zəruri hesab edir.


Вернуться назад