Главная > Manset / Dünya > Tramp HƏMAS-a “son xəbərdarlıq” edib
Tramp HƏMAS-a “son xəbərdarlıq” edibBu gün, 09:41. Разместил: azadses |
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb, əks halda ciddi nəticələrlə hədələyib. “Report” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşımında bildirib. “Bütün girovları indi azad edin, sonra deyil <...>. Əks təqdirdə sizin üçün hər şey bitdi. Sizin gözəl gələcəyiniz ola bilər, amma girovları saxlamağa davam etsəniz, bu belə olmayacaq. Ağıllı qərar qəbul edin — onları indi azad edin, yoxsa bunun bədəlini ödəməli olacaqsınız”, — Tramp yazıb. Daha əvvəl Ağ ev ABŞ nümayəndələrinin HƏMAS hərəkatı ilə Qəzza zolağındakı münaqişənin başa çatdırılması və girovların azad edilməsi ilə bağlı danışıqlar apardığını təsdiqləmişdi. Tərəflərin hələlik razılığa gəlmədiyi qeyd olunmuşdu. Вернуться назад |