Главная > Manset / İqtisadiyyat > “Azərbaycan” gəmi-bərəsi 4 il ərzində 23 mindən çox sərnişin daşıyıb
“Azərbaycan” gəmi-bərəsi 4 il ərzində 23 mindən çox sərnişin daşıyıbDünən, 14:54. Разместил: azadses |
“RoPax” tipli “Azərbaycan” gəmi-bərəsi istifadəyə verildiyi gündən indiyədək 23 739 sərnişin daşıyıb. “Report” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (ASCO) istinadən xəbər verir ki, 4 il ərzində bu bərə ilə həmçinin 1 214 vaqon, 23 883 yük maşını, 3 844 minik avtomobili daşınıb. “Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Hazırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəminin təntənəli açılışı 2021-ci il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Bundan əlavə, unikal dizayna malik bu gəmi-bərə “Baird Maritime” tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nın hazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021) siyahısında isə dünya üzrə 50 gəmidən biri olub. Вернуться назад |