Главная > Manset / Hadisə > TƏBİB: Qarlı hava səbəbindən təcili yardıma 17 nəfər müraciət edib, 14-ü xəstəxanaya yerləşdirilib
TƏBİB: Qarlı hava səbəbindən təcili yardıma 17 nəfər müraciət edib, 14-ü xəstəxanaya yerləşdirilibBu gün, 13:05. Разместил: azadses |
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 28-i saat 20:00 radələrindən indiyədək qarlı hava şəraitində xəsarət alan 17 nəfər müraciət edib. Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata əsasən, müraciət edənlərdən 9-u qadın, 8-i kişidir. Onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Üç nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib. Вернуться назад |