Главная > Manset / İdman > Şəhriyar Məmmədyarovun Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq
Şəhriyar Məmmədyarovun Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaqBu gün, 17:19. Разместил: azadses |
Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq. "Report"un məlumatına görə, yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-brekdə üz-üzə gələcəklər. Ş.Məmmədyarov daha əvvəl bu raundda Misrətdin İskəndərova qalib gəlib - 2:0. Qadınlarda Günay Məmmədzadə tay-brekdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək. Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Вернуться назад |