Главная > Manset / Dünya > Rubio: Rusiya ilə müharibə Ukraynanı 100 il geriyə atıb

Rubio: Rusiya ilə müharibə Ukraynanı 100 il geriyə atıb


Bu gün, 08:00. Разместил: azadses
Ukrayna Rusiya ilə müharibə nəticəsində 100 il geriyə atılıb.

“Report” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio amerikalı jurnalist Megin Kelliyə müsahibəsində söyləyib.

“Əvvəla, icazənizlə onu bildirim ki, [Rusiya Prezidenti Vladimir] Putinin hərəkətlərini qorxunc hesab edirik, o, [başqa] ölkəni istila edib, dəhşətli şeylər törədib, lakin mövcud olmuş nadürüstlük ondan ibarət idi ki, biz insanları necəsə Ukraynanın Rusiyanı sadəcə yenə biləcəyinə deyil, hətta, bilirsiniz, məhv edə biləcəyinə inandırmışıq”, – dövlət katibi deyib.

O, sabiq administrasiyanın Ukraynanı “2012 və ya 2014-cü ildəki dünyaya” qayıda biləcəyi düşüncəsinə saldığını bildirib: “Bunun nəticəsidir ki, onların son ilyarımda istədikləri insan əzablarının davam etdiyi dalan vəziyyətin maliyyələşdirilməsi olub. Bununla belə, Ukrayna yüz il geriyə atılıb. Onun enerji sistemi dağılır. Kimsə bütün bunların bərpası üçün ödəməli olacaq. Bəs nə qədər ukraynalı Ukraynanı tərk edib və indi başqa ölkələrdə yaşayır? Onlar heç vaxt geri qayıtmaya bilərlər. Bu, [Ukraynanın] gələcəyidir və o təhlükə altındadır”.

Amerikanın baş diplomatının sözlərinə görə, münaqişəyə danışıqlar yolu ilə son verilməlidir: “İstənilən danışıqlarda tərəflər nədənsə vaz keçməlidir”.


Вернуться назад