Главная > Manset / Dünya > Amerikalıların yarısından çoxu prezident seçkilərindən sonra iğtişaşlar gözləyir

Amerikalıların yarısından çoxu prezident seçkilərindən sonra iğtişaşlar gözləyir


Dünən, 13:55. Разместил: azadses
Amerikalıların 62 %-i hesab edir ki, prezident seçkilərindən sonra “zorakılıq dalğası” baş verə bilər.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı “Ipsos” sosioloji xidməti və “Scripps News” kanalının ictimai rəy sorğusunun nəticələrinə əsaslanaraq məlumat yayıb.

Məlumata görə, bu fikri Demokrat Partiyası tərəfdarlarının 70 %-i və respublikaçıların 59 %-i bölüşür.

Eyni zamanda, respondentlərin 51 %-i seçki günü iğtişaşların qarşısını almaq üçün hərbi gücdən istifadəni dəstəkləyəcəklərini bildiriblər. Bu cür fəaliyyət variantı ilə razılaşanlar arasında respublikaçıların 61 %-i və demokratların 51 %-i var.

Sorğuda iştirak edənlərin 63 %-i seçki nəticələrinin ədalətli hesablanacağına əmin olduqlarını söyləyiblər. 77 %-i öz namizədləri məğlub olsa belə, səsvermənin nəticələrini qəbul etmək istədiklərini açıqlayıblar.

Sorğu oktyabrın 18-20-də keçirilib və ona 1 028 nəfər qatılıb. Xəta payı 3,3 faiz təşkil edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçı Partiyanı Donald Tramp təmsil edəcək. Demokrat Partiyasını hazırkı prezident Cozef Baydenin təmsil edəcəyi gözlənilsə də, o, iyulun 21-də dövlət başçısı vəzifəsinə yenidən seçilməyə çalışmayacağını və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.


Вернуться назад