Главная > Manset / Dünya > Çin və Vyetnam əlaqələri gücləndirmək barədə razılığa gəlib

Çin və Vyetnam əlaqələri gücləndirmək barədə razılığa gəlib


Bu gün, 10:30. Разместил: azadses
Çinin Baş naziri Li Çian Vyetnamın paytaxtı Hanoyda bu ölkənin Prezidenti To Lam ilə görüşüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Vyetnam hökuməti məlumat yayıb.

Məlumata görə, tərəflər müdafiə və təhlükəsizlik, eləcə də iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Xüsusilə, Çin daha çox Vyetnam kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün bazarını açacağına vəd verib, Vyetnam isə çinli investorlara kömək edəcək,

Bildirilir ki, ölkələr dəmir yolu infrastrukturunun inkişafı sahəsində də əməkdaşlıq edəcəklər.

Çinin Baş nazirinin Vyetnama üç günlük rəsmi səfəri çərçivəsində yeni ikitərəfli sazişlərin, o cümlədən infrastruktur və iqtisadi əlaqələrin gücləndirilməsinə dair paktların imzalanması gözlənilir. Li Çyanın Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşü və Hanoyda keçiriləcək biznes forumda iştirak edəcəyi gözlənilir.


Вернуться назад