Главная > Manset / Dünya > Bayden “Milton” qasırğasından dəyən zərəri 50 milyard dollar qiymətləndirib
Bayden “Milton” qasırğasından dəyən zərəri 50 milyard dollar qiymətləndirib12-10-2024, 12:10. Разместил: azadses |
Floridaya zərbə vuran “Milton” qasırğasından dəyən zərər ilkin olaraq 50 milyard dollar qiymətləndirilir. “Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir. Dövlət başçısı qeyd edib ki, bu, son üç ay ərzində Florida ştatına zərbə vuran üçüncü böyük qasırğadır. Bayden vurğulayıb ki, bu, ekspertlərin ilkin qiymətləndirməsidir və son zərər məbləği 50 milyard dollardan həm çox, həm də az ola bilər. Prezident həmçinin təbii fəlakətdən zərər çəkənlərə başsağlığı verib və amerikalıların evlərinə qayıda bilməsi üçün əlindən gələni edəcəyinə söz verib. Xatırladaq ki, “Milton” qasırğası çərşənbə axşamı gecə saatlarında Floridanın mərkəzi qərb sahillərinə çataraq Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatın ərazisindən bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub. Hazırda 16 nəfərin öldüyü məlumdur. Вернуться назад |