Главная > Manset / Dünya > KİV: İsrail İrana cavab zərbəsini hərbi hədəflərə yönəltmək istəyir
KİV: İsrail İrana cavab zərbəsini hərbi hədəflərə yönəltmək istəyir10-10-2024, 10:30. Разместил: azadses |
İsrail İranın raket hücumundan sonra cavab tədbirlərini hərbi obyektlərlə məhdudlaşdırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, bu qərar oktyabrın 8-i Təl-Əvivdə Müdafiə Nazirliyinin qərargahında ölkənin hərbi-siyasi rəhbərliyinin iştirakı ilə keçirilən görüşün yekunlarına əsasən qəbul edilib. Baş nazir Binyamin Netanyahu, əsas nazirlər, ordu və kəşfiyyat xidmətlərinin rəhbərləri diqqəti İranın hərbi obyektlərinə yönəltmək qərarına gəliblər. Nəşrin mənbəyi qərarın dəyişdirilə biləcəyini istisna etmir. Вернуться назад |