Главная > Manset / Dünya > Türkiyədə ağır yol qəzasında on bir nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzasında on bir nəfər xəsarət alıb


Dünən, 10:29. Разместил: azadses
Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, pikapla mikroavtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb. Yaralılardan 2-si uşaqdır.

Qeyd edilir ki, qəzadan sonra avtomobillərdə yanğın başlayıb. Əraziyə təcili yardım, xilasedicilər, yanğınsöndürənlər, polis cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hadisənin başvermə səbəbi araşdırılır.


Вернуться назад