Главная > Manset / Dünya > Boliviya Prezidenti BRİKS sammitində iştirak edəcək

Boliviya Prezidenti BRİKS sammitində iştirak edəcək


4-09-2024, 11:17. Разместил: azadses
Boliviya Prezidenti Luis Arse Rusyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə Boliviyanın xarici işlər naziri Selinda Sosa RİA Novosti agentliyinə müsahibəsində bildirib.

L. Arsenin BRİKS sammitində iştirak etmək dəvətini qəbul edib-etmədiyi sualına cavab verən xarici işlər naziri vurğulayıb ki, Boliviya liderinin iştirakı təsdiqlənib.

Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.


Вернуться назад