Главная > Manset > İcra başçısının müavini və şöbə müdiri haqda həbs qətimkan tədbiri seçildi

İcra başçısının müavini və şöbə müdiri haqda həbs qətimkan tədbiri seçildi


20-08-2020, 12:53. Разместил: azadses
Bu gün Binəqədi rayon məhkəməsində Baş Prokurorluq tərəfindən saxlanılan Kürdəmir rayon icra başçısının müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində istintaqın təqdimatına baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fərid Əmirəliyev hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi qərarı verib. Onların hər ikisinin həbs edilərək istintaq təcrixdxanasına etap olunmasına başlanılıb.
Onlar Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Вернуться назад