Главная > Manset / Dünya > Hindistan XİN: Banqladeşdə etirazlar səbəbindən minlərlə tələbə təxliyə edilib

Hindistan XİN: Banqladeşdə etirazlar səbəbindən minlərlə tələbə təxliyə edilib


22-07-2024, 08:54. Разместил: azadses
Banqladeşdə etirazlar səbəbindən minlərlə hindistanlı tələbə təxliyə edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Banqladeşdən təkcə hindistanlılar deyil, qonşu ölkələrin: Nepal, Maldiv adaları və Butan vətəndaşları da təxliyə olunub.

"Nepaldan 500, Butandan 38 və Maldiv adalarından bir tələbə Hindistana gəlib", - məlumatda deyilir.

Xatırladaq ki, Banqladeşdə tələbələrin məşğulluq kvota sisteminə qarşı etirazlarından sonra başlayan iğtişaşlarda ölənlərin sayı 151 nəfərə çatıb.

"Bloomberg" daha əvvəl bildirib ki, Banqladeş hökuməti artan tələbə iğtişaşları fonunda bütün ölkədə internetə çıxışı kəsib.


Вернуться назад