Главная > Manset / Dünya > Britaniya kralının Nyu-Yorkda nə aldığı məlum oldu

Britaniya kralının Nyu-Yorkda nə aldığı məlum oldu


13-07-2024, 18:03. Разместил: azadses
Britaniya kralı III Çarlz Nyu-Yorkda lüks mənzil alıb.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, dəyəri 6,6 milyon dollar olan mülk yerli sakinlər arasında "Milyonçular cərgəsi" kimi tanınan 57-ci küçədə yerləşir.

Mənzillərin alınması üzrə sövdələşmə bu ilin iyununda bağlanıb. Bukingem Sarayı satınalma ilə bağlı şərh verməyib.

Mənzil 90 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir və sahəsi 330 kvadratmetrdir. Mənzildə üç yataq, dörd vanna otağı, daş döşəməli foye və yemək otağı var. Bundan əlavə, mənzildə spa sahəsi olan sauna, idman zalı və 25 metrlik hovuz, həmçinin Mərkəzi Parka baxan terrası var.

Kral III Çarlz

Вернуться назад