Главная > Manset / Dünya > Sorğu: Tramp Demokratların istənilən namizədinə qalib gələ bilər
Sorğu: Tramp Demokratların istənilən namizədinə qalib gələ bilər10-07-2024, 11:19. Разместил: azadses |
ABŞ-ın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasından istənilən namizəd, o cümlədən hazırkı rəhbər Cozef Bayden, vitse-prezident Kamala Harris və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona qalib gələ bilər. “Report” xəbər verir ki, bunu “Emerson” Kollecinin analitik xidmətinin keçirdiyi son sorğu sübut edir. Sorğuda 1300-dən çox insan iştirak edib. Belə ki, debatdan sonra Tramp rəyi soruşulanların 46%-nin, Bayden isə 44%-nin dəstəyini qazana bilib. Nəzəri Tramp-Harris qarşılaşmasında respublikaçı 49%, vitse-prezident isə 43% səs toplayır. Hillari Klintonla fərq 7 faizdir - 48-ə qarşı 41 faiz. Sorğuda bir sıra Demokrat senator və qubernatorlar iştirak edib, lakin heç biri 42%-dən çox dəstək ala bilməyib. Bundan əlavə, prezident seçkilərində səsləri həlledici ola biləcək müstəqil seçicilər arasında nəzərəçarpacaq dəyişiklik hiss olunub. Müzakirələrdən sonra onların 42%-i Ağ Evin keçmiş sakini Trampı dəstəkləyib, Bayden isə 38% səs toplayıb. Keçən ay mənzərə tamamilə fərqli idi - Bayden 43%, Tramp 41%. Вернуться назад |