Главная > Manset / Dünya > Bayden G7 sammiti çərçivəsində Papa ilə Ukrayna və Qəzzadakı münaqişələri müzakirə edib
Bayden G7 sammiti çərçivəsində Papa ilə Ukrayna və Qəzzadakı münaqişələri müzakirə edib15-06-2024, 10:28. Разместил: azadses |
ABŞ Prezidenti Cozef Bayden Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Roma Papası Fransisklə görüşündə Ukrayna və Qəzza zolağındakı münaqişələri müzakirə edib. “Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. “Liderlər təcili atəşkəs və girovların azad edilməsi, eləcə də Qəzzada kritik humanitar böhranın həlli üçün razılaşmanın zəruriliyini vurğulayıblar”, –bəyanatda deyilib. Amerika lideri həmçinin Vatikanın Rusiya Ukraynaya hərbi təcavüzünün “humanitar nəticələrini aradan qaldırmaq” səylərinə görə pontifikə təşəkkür edib. Вернуться назад |