Главная > Manset / Dünya > Yapon milyarder xəstəxanalıq oldu

Yapon milyarder xəstəxanalıq oldu


10-06-2024, 18:09. Разместил: azadses
Yaponiyalı milyarder Yusaku Maezava Honsyu adasındakı Miyaqi prefekturasında avtomobil yarışı zamanı qəzaya uğradıqdan sonra xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yarışda baş verən insident nəticəsində iki nəfər yaralanıb.

Maezava huşunu itirib və danışa bilməyib. İkinci zərərçəkən haqqında məlumat verilmir.

Məlumata görə, hazırda milyarderin həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Maezava 48 yaşlı milyarder, Yaponiyanın ən böyük onlayn geyim mağazası "Zozotown"un yaradıcısıdır. O, Forbes-in 2024-cü ilin ən zəngin yaponları siyahısında 36-cı yerdədir. Nəşr onun sərvətini 1,35 milyard dollar qiymətləndirib.

Mənbə: rbc.ru


Вернуться назад