Главная > Manset / Dünya > Hindistanda ümumi parlament seçkilərində Baş nazirin alyansı qalib gəlib
Hindistanda ümumi parlament seçkilərində Baş nazirin alyansı qalib gəlib5-06-2024, 08:00. Разместил: azadses |
Hindistanda keçirilən ümumi parlament seçkilərində Baş nazir Narendra Modinin təmsil etdiyi Hindistan Xalq Partiyasının (“Bharatiya Janata” parti) rəhbərlik etdiyi Milli Demokratik Alyans qalib gəlib. “Report”un xəbərinə görə, bu barədə ölkənin Seçki Komissiyası məlumat yayıb. Məlumataə görə, Modinin koalisiyası Hindistan parlamentində yerlərin əksəriyyətini qazanıb: “MDA 273 yerlik həddi keçərək, bununla da səs çoxluğu əldə edib”. Qeyd edək ki, Hindistanda keçirilən seçkilərdə rekord sayda - 642 milyon insan səs verib. Вернуться назад |