Главная > Manset / Dünya > Venesuelanın sonuncu dağ buzlağı əriyib

Venesuelanın sonuncu dağ buzlağı əriyib


29-05-2024, 08:53. Разместил: azadses
Venesuela müasir tarixdə bütün dağ buz ehtiyatlarını itirən ilk ölkə olub.

“Report”un məlumatına görə, bu barədə “The Guardian” qəzeti yazıb.

La-Korona kimi də tanınan sonuncu Huboldt buzlağı Syerra Nevada de Merida dağ silsiləsində dəniz səviyyəsindən təxminən 5 000 yüksəklikdə yerləşirdi. Buzlağın həcmi o qədər azalıb ki, elm adamları onu təxminən iki hektar ərazisi olan buz sahəsi obyekti kimi təsnif ediblər.

La-Korona-nın ən azı daha 10 il mövcud olacağı güman edilirdi, lakin son illərdə tədqiqatçılar Latın Amerikası respublikasındakı siyasi qeyri-sabitlik səbəbindən müşahidələr apara bilməyiblər.

Venesuelalı klimatoloq Maksimiliano Herreranın sözlərinə görə, dağ buzlaqlarını itirəcək ölkələ İndoneziya, Meksika və Sloveniya hesab olunur. Alim əlavə edib ki, sonuncu dəfə yüksək dağ buzlarının əriməsi 19-cu əsrdə Kiçik Buz Dövrü başa çatdıqdan sonra baş verib.


Вернуться назад