Главная > Manset / Dünya > Blinken ABŞ qoşunlarının sentyabrın 15-dək Nigeri tərk edəcəyini təsdiqləyib
Blinken ABŞ qoşunlarının sentyabrın 15-dək Nigeri tərk edəcəyini təsdiqləyib22-05-2024, 11:17. Разместил: azadses |
ABŞ sentyabrın 15-dək qoşunlarını Nigerdən çıxaracaq. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib. “Bəli, bu, doğrudur”, – deyə Blinken Amerika qoşunlarının sentyabrın 15-dək Nigerdən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbərlərin doğru olub-olmaması ilə bağlı sualı cavablandırıb. Ölkənin baş diplomatı vurğulayıb ki, Amerika tərəfi digər məsələlərlə yanaşı, ABŞ silahlarının Afrika ölkəsinə gələn Rusiya hərbi müşavirlərinin əlinə keçməsinin qarşısını almaq üçün öz əsgər və zabitlərinin Nigerdən çıxarılması prosesini izləmək niyyətindədir. Xatırladaq ki, mart ayında Niger ölkənin şimalında ABŞ-yə məxsus PUA bazasının yaradılmasını ehtiva edən hərbi müqaviləni ləğv edib. Niger müqavilənin zorla yerildildiyi və xalqın maraqlarına cavab vermədiyinə işarə edib. 2023-cü ilin sonunda Nigerdə təxminən 1 100 ABŞ hərbi qulluqçusu olub, onların əksəriyyəti Aqades yaxınlığındakı hava qüvvələri bazasında olub. Вернуться назад |