Главная > Manset / Dünya > Bayden Trampı demokratiyanın ən böyük təhdidi adlandırıb
Bayden Trampı demokratiyanın ən böyük təhdidi adlandırıb9-05-2024, 08:52. Разместил: azadses |
ABŞ Prezidenti Cozef Bayden sələfi Donald Trampı demokratiyanın ən böyük təhdidi adlandırıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Çikaqo şəhərində səfərdə olan dövlət başçısından Ağ evin press-pulu (“press pool”) sitat gətirib. “Deyir ki, ən böyük təhdid sərhədi keçən cinayətkarlardır. Uşaqlar, ən böyük təhdid Trampın demokratiyamıza ifadə etdiyidir”, – ölkə başçısı deyib. Prezidentlik yarışına toxunan Bayden ölkədə keçirilən sorğulara fikir verməyin hələ erkən olduğuna diqqət çəkib: “Həqiqət budur ki, mən heç bir sorğunun bu qədər erkən böyük əhəmiyyət daşıdığını sanmıram”. Amerika lideri vurğulayıb ki, o, heç vaxt ABŞ-nin gələcəyi ilə bağlı indiki qədər nikbin olmayıb. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Baydenin seçicilərin dəstəyinə görə sabiq dövlət başçısı Donald Trampdan 10 faiz bəndi geri qaldığı bəlli olmuşdu. Qeyd edək ki, ABŞ-də növbəti seçkilər noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından yetərli sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il öncə olduğu kimi, bu seçkilərdə də mübarizənin adıçəkilən iki siyasətçi arasında gedəcəyi güman edilir. Вернуться назад |