Главная > Manset / Dünya > Pentaqon rəhbəri İsrailin müdafiə naziri ilə Rəfah və HƏMAS ilə danışıqları müzakirə edib

Pentaqon rəhbəri İsrailin müdafiə naziri ilə Rəfah və HƏMAS ilə danışıqları müzakirə edib


6-05-2024, 09:41. Разместил: azadses
ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığı aparıb, onlar Fələstinin radikal HƏMAS hərəkatı ilə girovların azad edilməsi və Qəzza zolağının cənubundakı Rəfahdakı vəziyyətlə bağlı danışıqları müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Müdafiə naziri Lloyd Ostin bu gün İsrailin müdafiə naziri Yoav Qalant ilə davam edən girov danışıqları, humanitar yardım səyləri və Rəfahı müzakirə etmək üçün danışıb”, – o qeyd edib.


Вернуться назад