Главная > Manset / Dünya > ABŞ Konqresi Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
ABŞ Konqresi Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub1-05-2024, 08:51. Разместил: azadses |
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib. “Report” xəbər verir ki, iclas qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb. Bildirilib ki, əvvəllər bu təşəbbüs Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. İndi sənədi ABŞ prezidenti Cozef Bayden imzalamalıdır. Ağ ev qanun layihəsini dəstəklədiyini açıqlayıb. Qanun qüvvəyə mindikdən 90 gün sonra Rusiyanın ABŞ-yə uran idxalını yasaqlayacaq, müvəqqəti istisnalar isə 2028-ci ilin yanvar ayınadək qüvvədə qalacaq. Belə ki, təşəbbüs ABŞ-nin Energetika Nazirliyinə dövlət katibi və maliyyə naziri ilə razılaşdırmaqla Rusiya uranının ABŞ-nin mövcud qanunvericiliyi ilə icazə verilən həcmdə idxalına imkan verəcək. Sənəd həmçinin Energetika Nazirliyinə Rusiya uranını əvəzləmək variantlarını axtarmaq və Konqresə təqdim etmək vəzifəsi qoyur. Вернуться назад |