Главная > Manset / Dünya > Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan edib


5-04-2024, 16:09. Разместил: azadses
Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir. Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü yasaqlanacaq.

Bundan başqa, Yaponiya mayın 10-dan sənaye istifadəsi istisna olmaqla Rusiya almazlarının idxalına qadağa qoyacaq; bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi.


Вернуться назад