Главная > Manset / Dünya > Rusiyada uşaq alveri ilə məşğul olan daha bir şəxs həbs olundu

Rusiyada uşaq alveri ilə məşğul olan daha bir şəxs həbs olundu


4-04-2024, 15:30. Разместил: azadses
Preobrajenski Məhkəməsi çoxuşaqlı ana Yuliya Loginovanın rəhbərlik etdiyi övladlığa götürülmüş uşaqların ticarəti işi üzrə daha bir müttəhimi həbs edib.

Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, insan alverində təqsirləndirilən Jelixajeva Maryat Xajmuratovna barəsində məhkəmə həbs qətimkan tədbiri seçib. O, 13 gün müddətinə, yəni aprelin 16-dək azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Jelixajeva bu iş üzrə ittiham olunan sayca altıncı şəxsdir.

Mənbə: TASS


Вернуться назад