Главная > Manset / Dünya > Hindistanda kimya zavodunda reaktor partlayıb, ölənlər var

Hindistanda kimya zavodunda reaktor partlayıb, ölənlər var


3-04-2024, 15:31. Разместил: azadses
Hindistanın cənubundakı Telanqana əyalətindəki kimya zavodunda güclü reaktor partlayışı baş verib.

“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, azı 5 nəfər həlak olub, daha 8-10 nəfər dağıntılar altında qalıb.

Bildirilib ki, partlayış zamanı binada 50-yə yaxın insan olub.

Stansiyada daha bir reaktorun partlaya biləcəyi ilə bağlı qorxular var. Yaxınlıqdakı ərazilərdən insanların təxliyəsinə başlanılıb.


Вернуться назад