Главная > Manset / Dünya > ABŞ hava yolu ilə Qəzzaya yeni humanitar yardım çatdırıb

ABŞ hava yolu ilə Qəzzaya yeni humanitar yardım çatdırıb


26-03-2024, 08:00. Разместил: azadses
ABŞ Qəzza zolağının şimalına humanitar yardımın daha bir hissəsini çatdırmaq üçün əməliyyat keçirib.

"Report"un xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə mühüm dəstək göstərmək üçün Qəzza zolağının şimalına humanitar yardım göndərib”, - komandanlığın “X”dəki səhifəsində bildirilir.

Qeyd olunur ki, Amerika təyyarələri 46 mindən çox ərzaq bağlaması atıb.


Вернуться назад