Главная > Manset / Dünya > ABŞ husilərə məxsus 6 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

ABŞ husilərə məxsus 6 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb


24-03-2024, 18:54. Разместил: azadses
Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

"ABŞ-nin Hərbi Qüvvələri Qırmızı dənizin cənubunda husilərin 6 pilotsuz uçuş aparatına hücum edib. Onlardan beşi Qırmızı dənizə, biri isə Yəməndə husilərin nəzarətində olan ərazilərə düşüb", - komandanlığın “X”dəki səhifəsində yayımlanan bəyanatda deyilir.

Husilərin beş gəmi əleyhinə ballistik raket buraxdığı qeyd edilir.


Вернуться назад