Главная > Manset / Siyasət > Prezident İlham Əliyev: Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır

Prezident İlham Əliyev: Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır


8-03-2024, 16:19. Разместил: azadses
Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

"İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur", - dövlət başçısı qeyd edib.


Вернуться назад