Главная > Manset / Dünya > Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb


3-03-2024, 15:30. Разместил: azadses
Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb.

“Report” bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.

Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzhak “Bislamaç” briqadasının 450-ci batalyonunda piyada komandirləri üçün təlim keçiblər. Onlarn üçün də çavuşdur.

Mətbuat xidmətinin məlumatına görə, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan ölən əsgərlərin sayı 245-ə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan həlak olan İsrail əsgərlərinin ümumi sayı artıq 585nəfərə çatıb.


Вернуться назад