Главная > Manset / Kriminal > Ölkəyə heroin keçirən TIR sürücüsü saxlanılıb

Ölkəyə heroin keçirən TIR sürücüsü saxlanılıb


16-02-2024, 13:53. Разместил: azadses
Azərbaycana heroin keçirən TIR sürücüsü, 1980-ci il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat zamanı həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib.

A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.

Həmçinin son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.


Вернуться назад